sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Mirdamət Seyidov: Hədəflər reallığa çevrilir

15-08-2024, 11:47 23 dəfə baxılıb



Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında bu ünvanlarda köküstə quru ağacların götürülməsi həyata keçirilir:
Nərimanov rayonu
1. Təbriz küçəsi 
2. Koroğlu Rəhimov küçəsi 
3. Həsən Əliyev küçəsi
Yasamal rayonu
1. Şəfayət Mehtiyev küçəsi 
2. Hüseyn Cavid prospekti 
3. Mikayıl Müşfiq küçəsi 
4. Mətbuat prospekti 
5. Həsən bəy Zərdabi küçəsi 
6. Şərifzadə küçəsi 
Nəsimi rayonu
1.Həsən Əliyev küçəsi 
Qeyd: Payız mövsümündə sözü gedən ərazilərdə yeni ağacların əkilməsi təmin ediləcəkdir.












Daha öncə mətbuat orqanları və sosial şəbəkələrdə bildirildiyi kimi paytaxtda qurumuş və qəzalı ağacların götürülməsi aparılır. Küləkli hava şəraitinin davam etməsilə əlaqədar qurumuş ağaclar və insan həyatı və şəhərin ümumi görünüşü habelə vətəndaşların əmlakarı və kommunikasiya xətləri üçün ciddi təhlükə yaradıb. ETSN rəyinə əsasən ağaclara baxış keçirilib və lazimi işlər həyata keçirilib.
“Bununla əlaqədar olaraq son günlərdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarının ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Bakının 12 rayon üzrə müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə və ya budanmasına rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilir.
Təqdim edilən rəylər əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsi və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.
Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əmkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyinin suvarılması işlərini həyata keçirirlər.
Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək.

Mirdamət Seyidov: Hədəflər reallığa çevrilir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidovdur.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Mirdamət Seyidov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Mirdamət Seyidov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirdamət Seyidovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirdamət Seyidov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Mirdamət Seyidov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mirdamət Seyidov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirdamət Seyidov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mirdamət Seyidov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mirdamət Seyidov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mirdamət Seyidov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mirdamət Seyidovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mirdamət Seyidov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mirdamət Seyidov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Mirdamət Seyidov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Mirdamət Seyidovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Mirdamət Seyidov özünü doğruldub. Bizdə hörmətli Mirdamət Seyidovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO