sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Fərhad Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

30-07-2024, 09:08 63 dəfə baxılıb

Hansı Aznar bağlanır? – Aydınlıq

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədovdur.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Fərhad Əhmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Fərhad Əhmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərhad Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Fərhad Əhmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.  

Vətənpərvər ziyalımız Fərhad Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Fərhad Əhmədovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda T.Əhmədov adına “AzNar” QSC-nin direktoru Fərhad Əhmədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

BAŞLANĞIC

Bizim nar şirəsi şirkətinin tarixi ötən əsrin 60-cı illərindən başlanır. Həmin illərdə Azərbaycan SSR-in Göyçay rayonunda rayonlararası tədarük kontorunun bazasında konservləşdirilmiş tomat və alma şirələri istehsalı üzrə zavod yaradılmışdır. Zavodun banisi və ilk direktoru Teymur Fərəc oğlu Əhmədov idi. Bu insan doğma diyarını və onun yaqut zinəti olan Göyçay narını qəlbən sevir, istədiyi ki, bu meyvənin unikal dadını bütün ölkədə və bütün dünyada tanısınlar və sevsinlər.

ТAR ŞIRƏSI
Zavod ilk fəaliyyətinə ənənəvi alma və pomidor şirələrinin istehsalından başlasa da məhz T. Əhmədov 1969-cu ildə xammal qismində nar və heyvadan istifadə etməyi təklif edib. 

MEDAL

Göyçay zavodunun nar şirəsi Erfrut-78 (Almaniya) və Plovdiv-86 (Bolqarıstan) beynəlxalq sərgilərdə 2 qızıl medala layiq görülür, bu isə xaricdə onun məhsullarının keyfiyyətinin tanıdığına dəlalət edir.

SIÇRAYIŞ

Zavodun məhsulları artıq bütün Sovet İttifaqında şöhrət tapır və ucsuz-bucaqsız ölkənin bütün respublikalarına ixrac edilir, eyni zamanda onun məhsullarının yeni-yeni xarici ölkələrə ixrac edilir.   




sxema azer.jpg

AZNAR -n 50 ilə yaxın tarixi var. Bu illər ərzində bir çox texnoloji və digər kəşflər edilib, səylər və güclü investisiyalar sayəsində təcrübə qazanılıb.

Biz "yaşıl istehsal texnologiyasının" tətbiq edildiyi yeganə nar emalı zavoduyuq.
Müasir texnologiyaların və cəmiyyətin inkişafı dövründə biz AZNAR zavodunu inteqrasiya edən müəssisəyə çevirdik. AZNAR bütün nar qalıqlarını (dənəsi və qabıq) qısa vaxtda qiymətli məhsula çevirir. Ona görə də biz, ilk addım kimi, nar dənələrindən yağ istehsalına böyük investisiyalar qoyuruq. 2011-ci ildə biz ilk dəfə tullantısız nar emalı kimi yeni texnologiyanı tətbiq etdik. Bu texnologiya nar şirəsi tullantılarını sənaye miqyasında emal etməyə imkan verir. Biz nar qabığından tanin əldə edirik. Tanin təbabətdə və kosmetologiyada - təbii kremlərin istehsalında istifadə olunur. Biz innovasiya üsulu ilə, СО2 tətbiq etməklə nar çəyirdəyindən yüksək dərəcəli sinfə aid nar yağ istehsal edirik, bu yağ müalicəvi xassələri sayəsində kosmetologiya və təbabətdə yüksək qiymətləndirilir.
инновации

GƏLƏCƏK PLANLAR

Məhsulumuzun daha yüksək keyfiyyətinə, daha çox sayda müştərilərə xidmət göstərilməsinə dair arzularımızı gerçəkləşdirmək üçün bizim gələcək planlara təxminən 10000 məmulat vahidi üçün soyuducu anbarların tikintisi, nar qabığından qiymətli taninin istehsalı üçün sexin tikintisi, nəhayət, müxtəlif növ qablara qablaşdırılan yüksək keyfiyyətli meyvə şirələri istehsalının artırılması daxildir.

ŞƏKILLƏR







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO