sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Günel Məmmədovanın nəzarətindədir

25-10-2023, 14:59 152 dəfə baxılıb



Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi Günel Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Günel Məmmədovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Günel Məmmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi Günel Məmmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi Günel Məmmədova - Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır. 
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Günel Məmmədovanın nəzarətindədir

Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı tarixə əbədi olaraq həkk olunur, nəsildən-nəsilə insanların qəlbində öz əməlləri ilə yaşayacaq. Belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir.

Azərbaycan xalqının ötən əsrin 80–ci illərin sonundan başlayan müstəqillik uğrunda mübarizəsi, SSRİ–nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşmədi. Təəssüf ki, o dövrdə respublikada baş vermiş dəyişikliklər, mövcud sosial–iqtisadi böhran nəticəsində səhiyyə diqqətdən kənarda qaldı, bu sahədə böhran kəskinləşdi. Üstəlik, Ermənistan tərəfindən etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın xahişi ilə respublikaya hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, bu sahədə də anarxiyaya, tənəzzülə son qoydu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.


Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.


2023-cü il oktyabrın 15-də Azərbaycan xalqı tarixin qızıl səhifələrinə yazılacaq daha bir qürurverici günə şahidlik etdi. Ölkə Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə ucaltdı.

Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin tam təsdiqi olmaqla yanaşı, qalib ölkəmizin uğurlarına kölgə salmağa cəhd edənlərə, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərə ən tutarlı cavab oldu.

Ulu Öndər Heydər Əliyevin vaxtı ilə dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözlər artıq bu gün tam reallığa çevrilib. 2023-cü ilin 15 oktyabr tarixində üçrəngli bayrağımızın Xankəndi şəhərində ucalması heç də təsadüfi deyildi. 20 il əvvəl eyni günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi.

Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi.

Oktyabrın 15-də Xankəndi şəhərində dövlətimizin başçısı xalqa müraciətində ötən günlərə nəzər salaraq bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

“Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”- deyən dövlətimizin başçısı 20 il əvvəl xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz verən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev. 1991-ci ildən sonra ilk dəfə Azərbaycan bayrağını yenidən Xankəndi üzərində dalğalandırdı.

“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Ölkə Başçımızın, Qalib Prezidentimizin qürurla, fəxrlə söylədiyi bu sözlər hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

Dünyanı heyrətə salan böyük qələbədən keçən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri geniş vüsət alıb. Prezident cənab İlham Əliyevin müharibə başa çatan kimi söylədiyi “Qarabağı cənnətə çevirəcəyik!” sözləri bu gün reallığa çevrilir.

Bu da onu təsdiq edir ki, biz bu torpaqların sahibləriyik. Qarabağ Azərbaycandır!







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO