sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti

2-09-2024, 23:48 47 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Naftalan Sağlamlıq Mərkəzinin direktoru İlqar Hüseynovdur.

İlqar Hüseynov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Naftalan Sağlamlıq Mərkəzinin direktoru İlqar Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlqar Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlqar Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Naftalan Sağlamlıq Mərkəzinin direktoru İlqar Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. İlqar Hüseynov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Ona etibar edilən bütün işlərdə İlqar Hüseynov özünü doğruldub. Bizdə hörmətli İlqar Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.




Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakterik cəhət tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Başlanğıo qaynama temperaturu yüksək olduğundan (190-220 C), bu neftdə benzin fraksiyası da olmur.
Tərkibində kifayət miqdarda qətran (14% ) olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir.
Hələ 1946-cı ildə akademik Y.Məmmədəliyev Naftalan neftinin öyrənilməsi sahəsində apardığı nəticələri ümumiləşdirərək qeyd etmişdir ki, müxtəlif laylardan və horizontlardan çıxarılan neftlər bir-birindən kəskin fərqlənir; hətta eyni quyudan müxtəlif vaxtlarda çıxarılan neftlərin biri digərindən qismən də olsa fərqlənir.

Hələ qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Bu xəstəliklərin siyahını uzatmaq da olar. Bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, Naftalan neftindən düzgün istifadə etmədikdə zərər görmək olar. Çünki bəzi ciddi xəstəliyi olanlar üçün bu vannaların qəbulu əks göstəricidir. Odur ki, tam, dəqiq həkim müayinəsindən keçmədən, Naftalan vannası qəbul etmək məsləhət görülmür.
Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu (-20 0C) dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.
Naftalanın tərkibi:
1. Naften karbohidrogrnləri - 50-55%
2. Aromatik karbohidrogenlər - 10-15%
3. Qətranlı maddələr - 14-15%
4. Naften turşuları - 0,5-3%
5. Kükürdlü birləşmələr - 0,3- 0,7%
6. Azotlu birləşmələr - 0,3%
7. Mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir .
Naftalan nefti Naftalanın əsas müalicəvi komponentləri onun tərkibinin əsasını təşkil edən, yüksək molekullu, çoxhalqalı quruluşa malik (tsiklopentan-perhidrofenantren) naften karbohidrogenləridir. Bundan başqa naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır . Naftalan müalicə amili güclü iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir. Naftalan neftinin bu xüsusiyyətləri mərkəzdə 70 – dən artıq xəstəliyi müalicə etməyə imkan yaradır.
Yodbromlu su:
Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur
































































































Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO