sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Milli Məclisin sədri Rusiyaya səfər edəcək

23-11-2021, 10:02 275 dəfə baxılıb

Milli Məclisin sədri Rusiyaya səfər edəcək


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə  heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.


Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy  Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Burada parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq. 
Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO