sonnoqte.az
Xəbər başlıqları
  • 16:54 – İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib 
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 14:02 – İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 

Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT

20-09-2021, 11:09 310 dəfə baxılıb

Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT


Qazax Rayon Polis Şöbəsinə yeni müavin təyin olunub. 

Oxu.az verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Rəşad Abdullayev Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin olunub. 

Bundan əvvəl o, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, bir müddət əvvəl Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO