Azadlıq prospektinin Zahid Qəmbərov küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkəti yenidən təşkil olunur.
Demokrat.az xəbər verir ki, artıq ərazidəki köhnə xətlər silinib, yenisi çəkilib.
Artıq həmin ərazidə zolaqların sayı artırılaraq 3 olub. 7 kəndi birləşdirən Binəqədi şosesinə iki zolaqdan düzünə hərəkətə icazə veriləcək, sol zolaq isə sadəcə sola dönməyə icazə verəcək.
Qeyd edək ki, sözügedən ərazidə iyun ayında yola yeni nişan qurulmuşdu, sol zolaqdan düz gedənlər cərimələnirdi. Bu da Azadlıq prospektində kilometrlərlə tıxacın yaranmasına səbəb olurdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.