sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Azərbaycan-Qazaxıstan Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlandı

1-10-2026, 11:05 29 dəfə baxılıb

Azərbaycan-Qazaxıstan Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlandı


Azərbaycan və Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda bildirib.

"Azərbaycan və Qazaxıstan arasında Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi Avropa ilə Asiya arasında yeni yüksək ötürücülük qabiliyyətli rabitə kanalı yaradacaq. Xəttin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir", - o bildirib.

Nazir vurğulayıb ki, müasir regional dəhlizlər təkcə yük daşımalarını deyil, həm də enerji və rəqəmsal əlaqəliliyi əhatə edir.

Xatırladaq ki, "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.

Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO