14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər
19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar
Azərbaycan və Türkiyə hərbi təyyarələri havaya qalxdı
7-09-2021, 09:33
245 dəfə baxılıb
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.
Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.
Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: