sonnoqte.az
Xəbər başlıqları
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 20:56 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 20:49 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 

Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək

11-05-2021, 10:07 340 dəfə baxılıb

Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək


Ceyhun Bayramov və Sergey Lavrov
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Report xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.

Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.

Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.

Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO