17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı
12:49 – Prezident və birinci xanım Şamaxıda
11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq - VİDEO
27-04-2021, 10:00
322 dəfə baxılıb
“Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər dəmiryolu xətlərinin bir hissəsini satıblar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurublar. Biz yenidən dəmiryolunu çəkəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.
“Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.
Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Və avtomobil yolu həmçinin salınmalıdır”, deyə dövlət başçısı bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: