sonnoqte.az
Xəbər başlıqları
  • 12:58 – Prezident onu yenidən icraçı direktor təyin etdi 
  • 10:32 – İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR 
  • 18:30 – İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib 
  • 13:15 – Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib 

SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşüb - FOTO

14-04-2021, 09:24 271 dəfə baxılıb

SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşüb - FOTO


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral ilə görüşüb.
Bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi, bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb. R.Abdullayev E.Özoralın göstərdiyi xidmətlərdən söz açaraq ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

SOCAR-ın aktivlərinin əhəmiyyətli bir hissəsinin Türkiyədə olduğunu qeyd edən R.Abdullayev şirkətin son illərdə qardaş ölkədə ümumi dəyəri 13 milyard dollardan artıq qiymətləndirilən investisiya layihələri reallaşdırdığını vurğulayıb. O, həmçinin Türkiyənin həyata keçirdiyi strateji layihələri SOCAR-ın daim dəstəklədiyini, zəruri məqamlarda qardaş ölkəyə ehtiyac duyulan mütəxəssis təminatı göstərildiyini bildirib.

E.Özoral Vətən müharibəsi və Qarabağın işğaldan azad edildiyi tarixi günlərdə Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. Səfir Azərbaycanı özünün 2-ci Vətəni hesab etdiyini, bundan sonra da Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığının inkişafı naminə çalışacağını, bunun üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO