sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 

Baş nazir Milli Məclisdə çıxış edir

9-12-2025, 11:10 5 dəfə baxılıb

Baş nazir Milli Məclisdə çıxış edir


2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində ölkə başçısının həyata keçirdiyi xarici səfərlər və yüksək səviyyəli görüşlər Azərbaycanın iqtisadi gündəliyinə yeni dinamika gətirib.

Ə.Əsədov qeyd edib ki, bu ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək.

Baş nazir əlavə edib ki, bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və Azərbaycanın beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO