sonnoqte.az
Xəbər başlıqları
  • 12:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 

Zakir Həsənov Vyetnamın HDQ qərargahında - Fotolar

3-09-2025, 12:25 52 dəfə baxılıb

Zakir Həsənov Vyetnamın HDQ qərargahında - Fotolar


Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. 

Bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklillər qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. 

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO