sonnoqte.az
Xəbər başlıqları
  • 11:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

İlham Əliyev həmkarını təbrik etdi

3-05-2025, 10:46 50 dəfə baxılıb

İlham Əliyev həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO