sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI

22-11-2024, 09:00 59 dəfə baxılıb



"2021-ci ilin oktyabr ayının 21-də "Zəngilan", oktyabrın 25-də "Qubadlı" sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də "Naxçıvan", 2023-cü ilin avqust ayının 7-də isə "Qazax" əlahiddə sərhəd diviziyaları inşa edildi, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verildi.

2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmə­tinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər".

Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, 2017-ci ildə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.

"Ermənistanla dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla, 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi.

Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. 

Bildiyiniz kimi, ölkəmiz quruda 5 ölkə – Rusiya, Gür­cüs­tan, Ermənistan, Türkiyə və İranla həm­sər­­həd­dir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədinin 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir", - Araz Məmmədov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO