sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb

17-03-2023, 12:16 153 dəfə baxılıb

Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb


Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Report xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyin inzibati binasında keçirilib.

Sənədləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç imzalayıblar.

Beləliklə, ilk dəfə olaraq Şuşa şəhərində qardaşlaşma haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.

Səfər Azərbaycan Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO