sonnoqte.az
Xəbər başlıqları
  • 09:31 – İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir 
  • 11:25 – Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 19:06 – Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar 
  • 19:00 – Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək 

Türkiyə Azərbaycana döyüş təyyarələrini satmaq istəyir

9-01-2023, 10:11 131 dəfə baxılıb

Türkiyə Azərbaycana döyüş təyyarələrini satmaq istəyir


Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib.

Yerli KİV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.

“Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”, - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi deyib.

Dəmir qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıqdır.

“2022-ci il ixracat rəqəmlərini gözlədiyimiz dərəcədə əldə etdik və bu həddi keçdik. 2023-cü ildə həmin rəqəmin 6 milyard dollar olacağını gözləyirik, bu, daha çox ola bilər”, - Türkiyənin müdafiə sənayesinin ixrac həcmi ilə bağlı sualı cavablandıran Dəmir əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO