12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam
11:50 – Prezident açılışda - Fotolar
12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
20:56 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR
VACİB AÇIQLAMA: "Laçın şəhəri son deyil, yeni xoş xəbərlər olacaq" - VİDEO
27-08-2022, 10:00
239 dəfə baxılıb
Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycan Ordusunun nəzarətinə keçib.
"Ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsinin böyük əhəmiyyəti var. Çünki orada mühüm strateji məntəqələr var. Lakin xoş xəbərlər bununla da bitməyəcək. ''Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi son deyil. Sentyabr-oktyabr aylarında da xoş xəbərlərin olacağı gözlənir''.
Millət vəkili Arzu Nağıyev isə vurğulayıb ki, ordumuzun Laçın şəhərinə yerləşməsi, eləcə də Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi diplomatik qələbədir.
Siyasi şərhçilər bildirirlər ki, Azərbaycan bundan sonra sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana diplomatik təzyiqləri daha da gücləndirəcək. (Xəzər Xəbər)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: