sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 10:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 
  • 10:38 – Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik 
  • 10:03 – Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi 

Əməliyyat davam edəcəkmi?

4-08-2022, 09:30 168 dəfə baxılıb

Əməliyyat davam edəcəkmi?


“Qisas” əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. Müdafiə Nazirliyinin rəsmi məlumatında nəzarətə götürülən ərazilərdə mühəndislik işlərinin aparılmasına dair qeyd isə əməliyyatın dayandırıldığını deməyə əsas verir.

Lakin əməliyyatın davam edəcəyi də istisna deyil. Rəsmi məlumatda qeyd olunan “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür” sözləri bu gözləntini artırır və bəlli olur ki, Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunların çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərkisilah edilməsini də tələb edir.

Əməliyyatın dayandırılması və Müdafiə Nazirliyinin açıqlaması Rusiya sülhməramlılarının iki məsələnin cari dövrdə icrası ilə bağlı öhdəlik götürdüyü ehtimalını önə çıxarır:

- 4-cü bəndin icrası – erməni qoşunların çıxarılması;
- Laçın dəhlizinin yeni marşruta köçürülməsi;

Hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılaşmanın olması mümkündür. Erməni mediasının “sülhməramlılarla aparılan danışıqlarda sentyabrın 1-nə qədər Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb” məlumatı da bu kontekstdə diqqət çəkir.

Bu iki məsələyə nail olan kimi separatçıların tərkisilah edilməsi də aktuallaşacaq.

Əməliyyatın başa çatmadığı, müvvəqəti dayandırıldığı və hadisələrin tələblərin icrası prosesinə uyğun cərəyan edəcəyi bəllidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO