sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 10:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 
  • 10:38 – Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik 
  • 10:03 – Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi 

İran Azərbaycanın müraciətini dəstəkləyib

28-07-2022, 10:58 177 dəfə baxılıb

İran Azərbaycanın müraciətini dəstəkləyib


İran Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciətini dəstəkləyib.

“Report xəbər verir ki, D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib.

“D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın quruma üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO