11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb
08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO
22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident
22:10 – Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Azərbaycan Ordusunda "Komando hazırlığı" kursu başa çatıb - VİDEO
2-06-2022, 10:40
256 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxış edənlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb və hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonra kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət tribuna önündən təntənəli keçid edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: