sonnoqte.az
Xəbər başlıqları
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 10:47 – Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR 
  • 12:22 – Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək 
  • 08:11 – Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 

Səhiyyə Nazirliyindən AÇIQLAMA: “Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm”

Bu gün, 09:18 3 dəfə baxılıb



“Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni Track & Trace sistemidir”.

Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev açıqlayıb.

Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir: “Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyə buraxılmasının qarşısı alınır”.

Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv edilir: “Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinə imkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatının əsasını təşkil edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO