sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Adı nöqsanlarda hallanan Kamil Hacıyev işdən çıxarıldı

25-07-2025, 10:19 30 dəfə baxılıb

Adı nöqsanlarda hallanan Kamil Hacıyev işdən çıxarıldı


“Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.

 “Bizim.media xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Qusar rayon Mərkəzi Xəstəxanasından sayta bildirilib ki, məsələ ilə bağlı hələlik rəsmi məlumatları yoxdur.

Qeyd edək ki, bundan əvvəl “Qusar Rayon Mərkəzi Xəstəxanası”nda pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Belə ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (Kamil Hacıyevin həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq vermişdi.

Həmçinin bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilmişdi.

Musavat.com-un xəbərinə əsasən isə, iyulun 22-də Kamil Hacıyev yenidən cərimə olunubmuş. Bu dəfə direktor yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar 350 manatlıq inzibati məsuliyyətə cəlb edilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO