Pərvin Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.
Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Saatlı Rayon Mərkəzi Xəstəxanasıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Saatlı Rayon Mərkəzi Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov haqqında oxucularıma məlumat vermək istəyirəm.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovdur.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Pərvin Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov - Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeniyetmə və gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ümummilli Lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
İyirmi altı il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə ölkəmizdə ilk dəfə gənclər forumu keçirildi. Ümummilli Liderin müvafiq sərəncamı əsasında Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən indiyə qədər hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir, gəncliyin istəklərinə, gələcək hədəflərinə, problemlərinə və onların həlli yollarına ciddi diqqət yönəlir.