sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Salyan Dövlət Kukla Teatrında "Novruz şərqisi" adlı tamaşanın premyerası olub

11-03-2025, 10:52 258 dəfə baxılıb



Bu səhnə əsəri teatrsevərlərə ikiqat bayram yaşadıb. Həm Milli Teatr Günü, həm də "Novruz şərqisi" tamaşasının möhtəşəm premyerası tamaşaçılara unudulmaz anlar bəxş edib.
"Novruz şərqisi" tamaşasında Novruzun ayrılmaz simaları olan Kosa və Keçəl əsas komik obrazlar kimi izləyicilərə təqdim olunur. Tamaşanın mövzusu Bahar qızının Novruzun nağıllar kimi gözəl və sehrli olmasını, həmçinin Novruzda arzuların gerçəkləşməsi üzərində qurulub. Səhnə əsərində milli və xarici musiqi və rəqslərdən istifadə olunub.
Tamaşada rolları Mirxədicə Mirzəyeva, Nahid Rüstəmbəyli, Böyükağa Mehdizadə, Röyal Qurbanov, Mədinə Ramazanova, Maytab Gözəlova, Xuraman Qədirova, Nurlan Məlikov, Elvin İsayev və başqaları  canlandırıb.
Səhnə əsərinin ssenarisi və rejissoru Xəyalə Əhmədovaya, bədii quruluşu Tükəzban Məmmədovaya, musiqi tərtibatı Elvin İsayevə, dekorasiya və rəssam işi isə Ceyhun Rüstəmbəyli və Gülay Qurbanovaya aiddir.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO