09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Nigeriyalı gənc "Ay Laçın" ifası ilə heyrətləndirdi - VİDEO
30-01-2023, 10:52
200 dəfə baxılıb
İTV kanalında yayımlanan "Səs Azərbaycan. Doğma nəğmələr" yarışmasında maraqlı anlar yaşanıb.
Müsabiqəyə qatılan Cozef Uvezele Okpamen adlı əcnəbi öz ifası ilə hər kəsi təəccübləndirib. O yarış zamanı "Ay Laçın" mahnısını səsləndirib.
Cozefin bu ifası zaldakı münsifləri və tamaşaçıları təəccübləndirib.
O, mahnısını bitirdikdən sonra münsiflər heyəti ilə söhbət edib. Cozef Nigeriya vətəndaşı olduğunu və Naxçıvan Dövlət Universitetində bakalavr təhsili aldığını açıqlayıb. Əcnəbi gənc müğənni İlqar Xəyalın komandasına qoşulub.
Məlumat üçün bildirək ki, "Ay Laçın" Xalq mahnısıdır.
Ətraflı videoda:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: