sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO

13-10-2021, 15:30 262 dəfə baxılıb

Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO


Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.

Həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.

Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.

Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, “Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.

“Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.

<embed src="https://baku.ws/video2/v.php?v=1825072"  width="640" height="360"></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO