sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Şəhid Xudayarı təhqir edəni döyən şəxslərin kimliyi məlum oldu - Rəsmi açıqlama

30-04-2021, 09:18 319 dəfə baxılıb

Şəhid Xudayarı təhqir edəni döyən şəxslərin kimliyi məlum oldu - Rəsmi açıqlama


Şəhid Xudayarı tıhqir edəni döyən şəxslət müəyyən olunub.
Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Ölkə.Az"a açıqlamasında bildirib ki, həmin video görüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıldı. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.

Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO