sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Azərbaycanda iki məmur əlbir olub müğənnini öldürdü - SƏBƏB

23-04-2021, 08:52 338 dəfə baxılıb

Azərbaycanda iki məmur əlbir olub müğənnini öldürdü - SƏBƏB


Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
"Report" bildirir ki, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.

Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.

Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO