11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO
19-04-2021, 09:40
322 dəfə baxılıb
Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. BAKU TV xəbər verir ki, qəza Heydər Əliyev prospektində, Bağırov körpüsü kimi tanınan tuneldə qeydə alınıb.
Prospektlə hərəkətdə olan iki "Toyota" və "Opel" markalı avtomobillər olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi, Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq müşahidə edilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: