sonnoqte.az
Xəbər başlıqları
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:22 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 

Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

Bu gün, 08:16 6 dəfə baxılıb

Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü


Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.

"Report" xəbər verir ki, hadisə Püsyan kəndində qeydə alınıb.

İlkin məlumata görə, 68-BC-455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ilə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov hadisə yerində ölüblər. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə zamanı ailənin xəsarət alan digər üzvü İnci Həsənova, eləcə də digər avtomobilin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO