sonnoqte.az
Xəbər başlıqları
  • 12:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 11:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Futbolçu Zaqatalada qəzaya düşdü, xəsarət alan var

22-06-2023, 09:52 148 dəfə baxılıb

Futbolçu Zaqatalada qəzaya düşdü, xəsarət alan var


Zaqatalada minik avtomobilləri toqquşub.

Lent.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yengiyan kəndi ərazisində baş verib.

Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi "Niva” markalı maşınla toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, "VAZ-2107"nin sürücüsü Emil Səfərov "Qəbələ" futbol klubunun oyunçusudur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO