sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı

10-02-2026, 09:34 31 dəfə baxılıb



Lənkəranda ahıl şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynov saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlıların kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO