sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir 
  • 12:58 – Prezident onu yenidən icraçı direktor təyin etdi 
  • 10:40 – Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR 
  • 10:32 – İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR 

Bank kartlarından oğurluq davam edir

12-05-2025, 11:11 7 dəfə baxılıb

Bank kartlarından oğurluq davam edir


Vətəndaşların bank kartlarından mayın 10-da və 11-də 13 min manatdan çox pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".

Məlumatda qeyd olunub ki, mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb:

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO