sonnoqte.az
Xəbər başlıqları
  • 11:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 11:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 

İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb

25-09-2025, 10:03 40 dəfə baxılıb

İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb


İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.

 "Report" xəbər verir ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO