sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Kəlbəcərdə hərbi maşın aşdı - Xəsarət alanlar var

8-07-2025, 08:50 58 dəfə baxılıb

Kəlbəcərdə hərbi maşın aşdı - Xəsarət alanlar var


Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsinin yaxınlğında sərt döngədə qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişinləri xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 1980-ci il təvəllüdlü X.Quliyev, onun sərnişinləri 1988-ci il təvəllüdlü E.Həsənov və 2000-ci il təvəllüdlü V.Məmmədovdur.

Qeyd edək ki, qəzaya düşən "UAZ" Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanlar isə hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO