sonnoqte.az
Xəbər başlıqları
  • 12:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 11:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR

29-11-2021, 08:41 481 dəfə baxılıb

Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR


Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 Belə ki, rayon sakini Məzahir Mirzəliyev “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO