sonnoqte.az
Xəbər başlıqları
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 10:08 – İlham Əliyev onları təltif etdi 
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 10:23 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq

15-05-2025, 10:46 35 dəfə baxılıb

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq


“Çindən avtomobil idxalçısıyam” deyərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub.

Bakıda özünü iş adamı kimi təqdim edən və Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi tanınan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satması və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyyənləşib.

Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO