sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

"Heç bir halda İranla müharibəyə girməyəcəyik"

17-03-2026, 08:27 23 dəfə baxılıb

"Heç bir halda İranla müharibəyə girməyəcəyik"


Yunanıstan Hörmüz boğazında mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək.

"Bu barədə ölkə hökumətinin sözçüsü Pavlos Marinakis açıqlama verib.

Onun sözlərinə görə, Yunanıstanın Hörmüz boğazında hər hansı hərbi əməliyyata qoşulması məsələsi gündəmdə deyil.

Pavlos Marinakis vurğulayıb ki, Afina yalnız Avropa Birliyinin Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” missiyasında iştirak edir. Bu missiya çərçivəsində Yunanıstan və İtaliya regionda gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Hökumət sözçüsü qeyd edib ki, sözügedən missiyanın aydın müəyyən edilmiş coğrafi sərhədləri var və o, Hörmüz boğazını əhatə etmir: “Biz heç bir halda İranla müharibəyə müdaxilə etmək niyyətində deyilik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında beynəlxalq dəniz koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin bir sıra ölkələr bu təklifdən imtina ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO