sonnoqte.az
Xəbər başlıqları
  • 10:08 – Prezident qəbul keçirdi - FOTOLAR 
  • 10:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 10:01 – İlham Əliyevdən Trampa məktub 

İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub

17-03-2026, 09:32 25 dəfə baxılıb

İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub


İran Hərbi Dəniz Qüvvələri ABŞ-ın BƏƏ-dəki Əd-Dəfra və Bəhreyndə Şeyx İsa hava bazalarına zərbələr endirib.

 Tasnim xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat verib.

Bildirilir ki, hücum zamanı Amerika təyyarələrinin yerləşdiyi anqarlar məhv edilib.

Bəyanatda deyilir: "İİKK Hərbi Dəniz Qüvvələri birləşmiş raket və pilotsuz təyyarə əməliyyatı zamanı hava bazalarındakı bir neçə Amerika döyüş təyyarəsi anqarını yüksək partlayıcılı qanadlı raketlərlə məhv edib".

İİKK Amerika qüvvələri regiondan tamamilə çıxarılana qədər Yaxın Şərqdəki ABŞ bazalarına zərbələri davam etdirəcəyinə söz verib.

Ağ Evin sözçüsü Kerolin Levit bildirib ki, ABŞ İranda hərbi əməliyyatın başlanğıcından bəri artıq 7000-dən çox hədəfi vurub.

O, çıxışında 100-dən çox İran gəmisinin batırıldığını da qeyd edib.

Bu arada, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) münaqişədə artıq 680-dən çox Amerika və İsrail hərbçisinin öldüyünü və ya yaralandığını iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO