sonnoqte.az
Xəbər başlıqları
  • 13:58 – Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib 
  • 09:14 – Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto 
  • 09:00 – Azərbaycanda Müstəqillik Günüdür 
  • 22:49 – Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video 

AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ

12-05-2025, 13:04 7 dəfə baxılıb



"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat təhlükəsizlik qaydalarını pozma maddəsi ilə aparılır.

Bu barədə "RİA Novosti"yə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat verib.

Qeyd olunub ki, təyyarə qəzası ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.

"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. AZAL-ın təyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq", - məlumatda deyilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən (5-i ekipaj üzvü olmaqla) 38-i ölüb, 29-u sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO