sonnoqte.az
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev qəbul keçirdi - Foto 
  • 10:18 – “Bu işi işğaldan azad edilmiş ərazilərdə aparırıq” 
  • 09:30 – “Azərbaycan xam neftin istehsalçısı və ixracatçısıdır” 
  • 12:06 – Prezidentə təbriklər gəlməyə davam edir 

Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

Bu gün, 09:42 21 dəfə baxılıb

Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı


Azərbaycanda həkim nəfəs borusunda yad cisim qalan uşağa soyuqlama əleyhinə müalicə yazıb.

Bu iddia ilə pediatr Aytən İsmayılzadə çıxış edib. O, hadisənin Zaqatala rayonunda baş verdiyini bildirib:

“Uşaqdan gecələr yatanda qəribə səs gəlirmiş, öskürək, xışıltı narahat edirmiş. Anası uşağı həkimə apararaq rentgen etdirib. Rentgen şəklində bronxda ilişib qalan yad cisim açıq-aşkar görünsə də, həkim uşağa soyuqlama əleyhinə müalicə yazıb. Bir aydan çox müddətdə uşağın düzəlmədiyini görən ana uşağı yenə rentgen etdirib və özü bu qeyri-adi görüntünün fərqinə varıb O, müqayisə üçün özü də ultrasəs müayinədən keçib.

Sonra mənə göndərdi ki, uşağın bronxunda olan nədir? Bu, udulmuş və nəfəs yoluna düşmüş bir knopkadır, aydın görünür. Amma necə olur ki, bunu həkim görmür, rentgen həkimi demir, uşağa soyuqlama müalicəsi yazılır? Mütləq şəkildə araşdırılmalı məsələdir.  Bu məsuliyyətsizliyi edən valideyn deyil, həkimlərdir”,- deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO