sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlir - SƏBƏB

4-04-2025, 15:30 131 dəfə baxılıb

30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlir - SƏBƏB


Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov metbuat.az-ın sorğusuna cavab verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO