sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır

4-04-2025, 09:17 48 dəfə baxılıb

10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır


Artıq 10-12 ölkə Ukraynada müharibə başa çatdıqdan sonra çəkindirici qüvvələrin yerləşdirilməsi çərçivəsində Ukrayna üçün hərbi kontingentin formalaşdırılmasına qoşulmağa hazır olduğunu bildirib. 

Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müavini Pavlo Palisa deyib.

"Yeganə sual, bunun hansı formatda həyata keçiriləcəyidir. Ona görə də hazırda müzakirələr gedir", - o qeyd edib.

Palisa vurğulayıb ki, Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərilməsinə və bu prosesə liderlik etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə Baltikyanı və Şimali Avropa ölkələri də prinsipcə Ukraynaya hərbi qüvvə göndərməyə hazırdırlar.

Palisa xatırladıb ki, Ukraynada “istəklilərin koalisiyası” çərçivəsində Baş Qərargahların hərbi nümayəndələrinin görüşü baş tutacaq  və burada bu məsələnin detalları müzakirə olunacaq. “İndi ən vacib məsələ siyasi iradənin və hərbi potensialın olmasıdır", - o deyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO