12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
12:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib
12:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
12:41 – Prezident fərman imzaladı
Daha bir qanunsuz tikili söküldü - Video
18-02-2025, 09:22
86 dəfə baxılıb
Ölkə ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən verilən məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi-Ağdam avtomobil yolunun rayonun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsinə yaxın yerdə vətəndaş Ələmdar Məmmədzadə tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: