sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Gədəbəydə qətl törədən hərbçi ilə bağlı qərar verildi

12-06-2023, 11:49 112 dəfə baxılıb

Gədəbəydə qətl törədən hərbçi ilə bağlı qərar verildi


Mayın 27-də Gədəbəyin Novosaratovka kəndi kafedə qətl törədən hərbçi barədə həbs-qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun Mətbuat katibi Firad Əliyev “redaksiyamıza” bildirib ki, müddətdən artıq hərbi qulluqçusu Elpərəs İbrahimov barəsində Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib: “İstintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq. Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib. Bundan başqa, istintaq zamanı, Teymurun qardaşı Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna  müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. S.Tapdıqova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilib. Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”.

Qeyd edək ki, hadisənin qadın üstündə yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO