07:02 – İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
06:54 – Azərbaycanda Milli Qurtuluş Günüdür
13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO
Türkiyədəki zəlzələdə ölən tələbəmiz ilə Sumqayıtda vida mərasimi keçirilir - VİDEO
16-02-2023, 10:04
152 dəfə baxılıb
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər.
Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq. Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.
Baku TV-nin vida mərasimindən canlı yayımını təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: