sonnoqte.az
Xəbər başlıqları
  • 10:18 – İlham Əliyev Laçında - FOTOLAR 
  • 11:02 – "Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident 
  • 10:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 

Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi

12-08-2021, 15:32 296 dəfə baxılıb

Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi


Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadulayev mükafatlandırılıb.
Tokio Yay Olimpiya Oyunlarında uğur qazanan idmançıya Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyev bir milyon dollar mükafat verib. 

Bu barədə idmançı sosial media hesabında məlumat yayıb. Əbdülrəşid Sadulayev buna görə deputata təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür etmək istəyirəm. Eyni zamanda məşqçim Şamil Ömərov da diqqətdən kənarda qalmadı".

Qeyd edək ki, 25 yaşlı Əbdülrəşid Sadulayev Tokio olimpiadasında 97 kq çəki dərəcəsində qızıl medal qazanıb. Sərbəst güləşçi Rio-de-Janeyro olimpiadasında da eyni uğura imza atmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO