sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Qurban Qurbanovun "nəticə onlara cavab idimi?" sualına reaksiyası: Belə düşünsək...

17-09-2025, 10:05 44 dəfə baxılıb

Qurban Qurbanovun "nəticə onlara cavab idimi?" sualına reaksiyası: Belə düşünsək...


Faydalı qalibiyyət oldu. Belə qalibiyyətlər Azərbaycan futbolunu Azərbaycana sevdirir, həm futbolçulara, həm funksionerlərə böyük inam verir. Futbolçularım çox əziyyət çəkdilər. İnsanlar bizə inanırdı ki, biz qalib gələ, həmçinin bərabərliyə də qala bilərik. Şükürlər olsun ki, uğurlu nəticə ilə döndük. Bu qalibiyyətdən sonra qarşıdakı oyunlara necə hazırlaşacağımız vacibdir. İnanıram ki, daha işgüzar olub qarşıdakı oyunlara hazırlaşacağıq və faydalı nəticələr əldə etməyə çalışacağıq.

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Bu nəticə "Qarabağ"ı transferə görə qınayanlara cavab idimi?" sualına isə təcrübəli mütəxəssis belə reaksiya verib:

"İnanın ki, bu cavablar haqqında düşünmürük. Bu, dünya futbolunda gedən normal prosesdir. İstənilən klubun azarkeşi istəyir ki, daha artığı, yaxşısı olsun. Mən bunu çox normal qarşılayıram. Biz buna hansısa formada cavab verməyə çalışarıqsa, bizim heç zaman uğurumuz olmayacaq. Biz sadəcə öz işimizlə məşğul oluruq, istənilən fikrə pozitiv yanaşırıq. Yazanlar, deyənlər bizim azərbaycanlılarımızdır. Onlar çox istəyirlər ki, biz daha uğurlu nəticələr əldə edək. Onları tam başa düşürəm. Bu cür qələbələr bizi daha da böyüdür və belə komandalara qarşı inamlı oynamağa imkan yaradır". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO